"Real"a Benzema şoku
2022-10-22 19:59:00
Madrid "Real"ının əsas hücumçusu Kərim Benzema komandasının növbəti matçını buraxacaq.
Fransalı futbolçu əzələ yorğunluğu səbəbindən "Sevilya" ilə bugünkü oyunda iştirak edə bilməyəcək . Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.
Qeyd edək ki, La Liqanın 11-ci turunda "Real" "Sevilya"nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. \\Offsideplus.az