📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Real"dan çılğın həmlə - Mbappedən sonra Haaland gəlir

2024-07-18 21:05:31

“Real Madrid” transfer dastanına çevrilən Kilian Mbappeni heyətinə qatandan sonra yeni hədəfini müəyyən edib.

“Real”ın növbəti hədəfinin Erlinq Haaland olduğu irəli sürülür. Xarici KİV-lərin iddiasına görə, növbəti seçkilərdə namizəd olacağı deyilən prezident Florentino Peresin əsas hədəfi Halaanddır. Hazırda Premyer Liqa nəhəngi “Mançester Siti”də çıxış edən Haalandın gələn mövsüm “Real”da oynaya biləcəyi irəli sürülür.

Məlumata görə, “Real” rəhbərliyi bir mövsüm sonra Mbappe və Halaandı eyni heyətdə bir araya gətirməyə çalışır. \\Metbuat.az