📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Real”ın əfsanəvi futbolçusu vəfat edib

2022-01-18 13:21:00

“Real”ın əfsanəvi futbolçusu vəfat edib

“Real”ın əfsanəvi futbolçusu Fransisko Gento vəfat edib.

Apasport.az saytının məlumatına görə, “kral klubu”nun fəxri prezidenti 88 yaşında dünyasını dəyişib.

Qısaca Pako Gento kimi tanınan mərhum futbol tarixində 6 avrokubok qazanan yeganə oyunçudur. O, 1953-1971-ci illər aralığında “Real”ın formasını geyinib, 18 mövsümdə 6 avrokubok, 12 La Liqa, 2 İspaniya kuboku, 1 Qitələrarası Kubok və 1 Kiçik Dünya Kubokunun qalib olub. “Real”da 600 oyun keçirən Gento 182 qol vurub. O, İspaniya yığmasının heyətində 43 beynəlxalq matçda iştirak edib.