"Real"ın keçmiş ulduzu Türkiyə klubuna doğru!
2023-02-02 19:48:00
Super Liqa klublarından "Konyaspor" ispaniyalı futbolçu İskonu heyətinə cəlb etmək istəyir.
30 yaşlı hücumameyilli yarımmüdafiəçi və "Konyaspor" klubu arasında görüş baş tutub. Klubun prezident müavini Mehmet Akcan bunu təsdiqləyib: "Doğrudur, İsko ilə görüşürük. Transferi bitirmək üçün əlimizdən gələni edirik. Şansımız yüzdə əllidir".
Qeyd edək ki, Türkiyədə "Fənərbağça" klubuna təklif olunan futbolçunun adı daha öncə "Yunion Berlin" ilə hallansa da, keçid baş tutmayıb.
"Sevilya" 2022-ci il dekabr ayında İsko ilə müqaviləsinə xitam vermişdi.\\Offsideplus.az