📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəcəb Babaşovdan sonra Mingəçevir Şəhər İşiqlanma İdarəsi də 1 manatlıq şirkəti tenderdə qalib etdi

2023-12-28 22:05:49

Rəcəb Babaşovdan sonra  Mingəçevir Şəhər İşiqlanma İdarəsi də 1 manatlıq şirkəti tenderdə qalib etdi

Nizamanmə kapitalı - 1AZN olan "LEADS GROUP SUPPLY" MMC-ni Qazax Rayon İcra Hakimiyyəti elan etdiyi iki tenderdə qalib etməsi barədə xəbər vermişdik. 

Hurriyyet.Az 32gun.Az-a istinadla xəbər verir ki, sözügedən MMC bu dəfə Mingəçevir Şəhər İşiqlanma İdarəsinin tenderinin qalibi olub. 

Belə ki, idarənin  2023-cü il ərzində mövcud işıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal - materialların satınalınması ilə bğlı elan etdiyi tenderdə "LEADS GROUP SUPPLY" MMC qalib olub və tərəflər arasında 54.918,62 AZN-lik müqavilə imalanacağı gözlənilir. 

Tenderə əsasən idarə Lampa (civə-buxar),Kompakt (led) lampa, Elektroavtomat, elektrik, Kabel AVVQ, Müxtəlif rəngli boyalar, izolent, İmpulslu alışdırıcı, və.s ilə təmin olunmalıdır. 

Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir. 

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur. 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mingəçevir Şəhər İşiqlanma İdarəsinin rəisi isə Azəri İsmayılovdur.