📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəcəb Babaşovun birinci müavini oğluna 120 min dollarlıq “Land Cruiser” aldı

2023-09-12 13:02:30

Rəcəb Babaşovun birinci müavini oğluna 120 min dollarlıq “Land Cruiser” aldı

Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev oğluna “Land Cruiser” avtomobili alıb.
32gun.az-a daxil olan məlumata görə, icra başçısının müavininin oğlu Elnur Alıyev artıq bir neçə gündür işə həmin avtomobillə gedir.
E.Alıyevin idarə etdiyi yeni avtomobilinin qiyməti avtomobil bazarında ortalama 120 min dollardır. Şəmkir Rayon Polis İdarəsinin əməliyyatçısıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.