“Regionda kommunikasiyaları açmağa hazırıq” - Ermənistan Prezidenti
2023-11-22 13:33:37
“Ermənistan regional və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda iraqlı həmkarı Əbdüllətif Camal Rəşidlə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Ermənistan suverenlik, yurisdiksiya və qarşılıqlı prinsiplər əsasında bütün regional və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır. Bu da öz növbəsində regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək”, - o bildirib.
report.az