📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Regionda sülhün qarantı güclü Azərbaycan ordusudur" - VÜQAR BAYRAMOV

2023-06-26 11:51:00

"Bu isə müdafiə qabiliyyətinin hər zaman daha da gücləndirilməsini tələb edir"

"Artıq üçüncü ildir ki, Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir. Bu qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusudur. Ordumuzun hər zaman daha gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhkəm maddi-texniki baza güclü ordu üçün əsas şərtlərdən biridir və hər zaman Azərbaycanda prioritet olaraq qalmaqdadır". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, bu il Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha gücləndirilməsi üçün dövlət büdcəsində 6 milyard 54 milyon manat vəsait nəzərdə tutulub: "2023-cü ilin dövlət büdcəsi dürüstləşdirilən zaman bu istiqamətə əlavə1 milyard 105 milyon manat vəsait ayrıldı. Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumu dövlət büdcəsinin xərclərinin 56.0 faizindən çoxdur. Savaş başa çatsa da və münaqişə həll olunsa da hələ də sülh müqaviləsinin imzalanmaması regiondakı stabilliyin kövrək olmasından xəbər verir. Bu isə müdafiə qabiliyyətinin hər zaman daha da gücləndirilməsini tələb edir. Regionda sülhün qarantı da məhz güclü Azərbaycan ordusudur. Bir daha, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Silahlı Qüvvələr Gününüz Mübarək!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az