📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Regiondakı dostlarımız E3 qrupundan daha effektiv olduqlarını sübut edirlər - Əraqçi

2026-02-14 21:19:06

Regiondakı dostlarımız E3 qrupundan daha effektiv olduqlarını sübut edirlər - Əraqçi

Avropa İttifaqının (Aİ) inkişaf trayektoriyası dəhşətlidir.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.

"Bütün bunlar praktikada nə deməkdir? Aİ/E3-ün iflici və aktuallığını itirməsi İranın nüvə proqramı üzrə danışıqların dinamikasında özünü göstərir" , - Əraqçi qeyd edib.

Onun sözlərinə görə, bir zamanlar danışıqların əsas iştirakçısı olan Avropa hazırda prosesdən çıxıb:

"Bunun əvəzinə, regiondakı dostlarımız marginal E3 qrupundan qat-qat daha effektiv və faydalı olduqlarını sübut edirlər".