Regionlara gedənlərin NƏZƏRİNƏ: Bəzi yollar buz bağlayıb - FOTO
2024-01-13 14:12:02
Havaların kəskin pisləşməsi, şaxtalı hava şəraiti regionlarda nəqliyyatın hərəkətini çətinləşdirib.
Bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.
Bölgələrə gedən bəzi vətəndaşlar yolda qalıblar. Yol buz bağladığından avtomobillərin hərəkəti üçün təhlükə yaranıb.
Təqdim etdiyimiz fotolar Şabran-Qalaaltı yolunda çəkilib.
Bundan başqa, sosial şəbəkələrdə Bakı-Quba yolunun da buz bağlaması ilə bağlı görüntülər yayılıb.
Qeyd edək ki, qış fəslində hava şəraitini, eləcə də rayonlarda qarlı havanı nəzərə alaraq sürücülərin yola çıxarkən nəqliyyat vasitələrini mövsümə uyğun olaraq tam təchizatlı hala salmaları da vacibdir.