📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəhim Rəhimli sonuncu danışığında xalası oğluna görün nə deyib - VİDEO

2022-09-30 19:12:00

Rəhim Rəhimli sonuncu danışığında xalası oğluna görün nə deyib - VİDEO

"Rəhimin sağ ayağında mil var idi. Ona çox gəzmək olmazdı. Amma buna əməl etmirdi. Ona görə də ayağı çox şişmişdi".

Hurriyyet.Az  xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında mərhum müğənni-bəstəkar Rəhim Rəhimlinin xalası oğlu Samir Həşimov deyib. Onun sözlərinə görə, Rəhim səhhəti ilə bağlı onunla heç vaxt danışmayıb:

"Yanında çox olmuşam. Amma o bir dəfə də olsun deməyib ki, xalaoğlu, ciyərimdə ağrılar var. Hərdən ürəyini tutub deyirdi ki, ürəyim sancır. Mütəmadi həkimlərə gedirdi. Türkiyəyə, Moskvaya da müalicəyə gedirdi. Həkimlər deyirdilər ki, ürəyində problem olduğundan ona stress olmaz. Belə başa düşürəm ki, Rəhim özünə baxmırdı.

"Hə" cavabını versə də, gəlmədi. Necə hiss etdiyi və narahatçılığının olub-olmaması haqda heç nə demədi. Bəlkədə vardı, amma mənə demədi. Sağlamlığı ilə bağlı heç bir problemdən mənə danışmadı".