Rəisi Afrikaya və BRİKS-ə dəvət edilib
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Cənubi Afrika Respublikasında keçirilən BRİKS sammitində iştirak edə bilər. İranın CAR-dakı səfiri Mehdi Ağa Cəfəri CAR Prezidenti Siril Ramafosun iranlı həmkarını tədbirə dəvət elədiyini və, çox güman ki, İ.Rəisinin dəvəti qəbul edəcəyini söyləyib.
Bu il 22-24 avqust tarixlərində, Yohannesburq şəhərində BRİKS üzvü olan dövlətlərin sammitinin keçirilməsi planlaşdırılır. Tədbirdə Çin, Hindistan, Braziliya və CAR dövlətlərinin başçıları iştirak edəcəklər. Rusiyanı isə XİN rəhbəri Sergey Lavrov təmsil edəcək.
İngilis dilində BRİKS (BRICS – Brazil, Russia, India, China, South Africa) Braziliya, Rusiya, Hindistan, Çin, CAR dövlətlərinin adlarının baş hərflərinin birləşməsidir.
Hürr Tərcüman