📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəisi: "Astana formatının tərəfləri ABŞ-ın Suriyanı tərk etməsinə razı oldular"

2022-07-19 23:58:00

Rəisi:

"Astana formatının tərəfləri ABŞ-ın Suriyanı tərk etməsinə razı oldular".

Bunu İran Prezidenti İbrahim Rəisi Tehranda Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşündən sonra açıqlayıb.

Onun sözlərinə görə, tərəflər Suriya xalqına humanitar yardım göstərməyə davam edəcək.

"Region ölkələri və beynəlxalq ictimaiyyət suriyalı qaçqınların öz ölkələrinə qayıtmasına kömək etməlidir", - Rəisi vurğulayıb. \\Report