Rəisi Baydenə: “İran 43 il əvvəl azad olmuşdu”
Hurriyyet.az xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi İran Respublikasının 43 il əvvəl azad edildiyini və bir daha Qərbin əsarətinə düşməyəcəyini deyib. O, bu sözlərin ABŞ Prezidenti Cozef Baydenin “tezlikla İranı azad edəcəyik” vədinə cavab olaraq söyləyib.
Rəisi deyib: “İran 43 il bundan əvvəl azad edilib və bir daha qətiyyən sizin əsarətinizə düşməyəcək”.
1979-cu il fevralın 11-də İranda İslam İnqilabı baş verib. Respublikada bütün hakimiyyət ruhanilərin əlində cəmləşib, İranın rəhbəri isə Ali dini lideri Xomeyni olub, onun ölümündən sonra bu vəzifəni ayətulla Əli Xamanei tutur.
Bayden deyib: “ABŞ tezliklə İranı azad edəcək”. Bundan dərhal sonra isə əlavə edib: “Ölkə özü özünü azad edəcək”.
Əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əminin ölümündən sonra ayyarımdır ki, İranda iğtişaşlar səngimir.
Hürr Tərcüman