Rəisi Ərdoğanın Tehrana səfərindən sonra yeni mərhələ başlanacağını söyləyib
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, İranın Prezident Aparatının açıqlamasında Prezident Rəisinin türkiyəli həmkarı R.T.Ərdoğan ilə telefon ilə danışdığı bəyan edilib.
İran Prezidenti İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı deyib: “Yaxında Tehranda birgə sammit təşkil ediləcək və bundan sonra Türkiyə ilə əməkdaşlığımız yeni bir mərhələyə daxil olacaq”.
Rəisi saha sonra deyib: “Terror ilə mübarizədə birgə fəaliyyət göstərmək istəyirik. Bu məsələdə bütün ölkələrlə əməkdaşlıqdan məmnun olarıq”. Rəisi regional problemlərin region ölkələri tərəfindən həll edilməli olduğunu və xaricdən hər hansı bir müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb.
Prezident Ərdoğan da iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Tehrana səfərindən sonra Türkiyə-İran münasibətlərində yeni səhifə açıqlacağını bildirib.
Hürr Tərcüman