"Rəisi Ermənistanın sərhəd məsələlərində çox həssas idi"
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İranın ali dini lideri ayətullah Əli Xamanei və prezident vəzifələrini icra edən Məhəmməd Mohber ilə görüşüb, Ermənistan dövləti və xalqı adından dövlət rəsmilərinə və İran xalqına başsağlığı verib.
Bəlli olduğu kimi, bu gün Tehranda İranın keçmiş Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və vertolyot qəzasında həlak olmuş digər şəxslər ilə vida mərasimi keçirilib.
"Tasnim" agentliyinin "Teleqram" səhifəsində dərc edilən məlumata görə, İran inqilabının rəhbəri Paşinyan ilə görüşdə deyib: "Şəhid Rəisi Ermənistanın sərhəd məsələlərində çox həssas idi". Xamenei İran İslam Respublikasının Ermənistanla əlaqələri genişləndirmək siyasətinin Məhəmməd Mohbərin rəhbərliyi altında davam edəcəyini söyləyib.
İRNA agentliyinin məlumatına görə, Xamanei Paşinyan ilə görüşdə deyib: "İranla Ermənistan arasında münasibətlərin inkişafına qarşı qüvvələrin olduğunu bilmək vacibdir. Ona görə də bu sahədə bəzi məsələləri ehtiyatla həll etmək lazımdır”.
Hürr Tərcüman
.png)