📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəisi: Heç bir güzəştə getməyəcəyik

2021-11-04 15:34:00

Rəisi: Heç bir güzəştə getməyəcəyik

Sanksiyaların qaldırılması məsələsində geri addım atmayacağıq.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Simnan şəhərində ABŞ səfirliyinin işğalının 42-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Çıxışında nüvə sazişi müzakirələrinə toxunan Rəisi hər şeyin nəticələrə əsaslandığını bildirib:

“Danışıqlar masasından ayrılmayacağıq, lakin heç bir güzəştə də getməyəcəyik".

Qeyd edək ki, İran nüvə danışıqlarına qayıtdığını və 29 noyabrda Vyanada keçiriləcək müzakirələrə qatılacağını elan edib.