📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəisi: Heç bir sui-qəsd İran Azərbaycanı ilə Azərbaycan Respublikası arasında ayrılıq yarada bilməz

2023-06-09 16:54:00

Rəisi: Heç bir sui-qəsd İran Azərbaycanı ilə Azərbaycan Respublikası arasında ayrılıq yarada bilməz

"Heç bir sui-qəsd İran Azərbaycanı ilə Azərbaycan Respublikası arasında ayrılıq yarada bilməz".

Hurriyyet.az xəbər verir ki, bunu ölkənin Şərqi Azərbaycan vilayətində 2 günlük səfərdə olan İran prezidenti İbrahim Rəisi deyib.

O, çıxışı zamanı deyib: “Azərbaycan xalqı, təkcə İran Azərbaycanı deyil, bütün Azərbaycan xalqı, hətta bizim qonşu Azərbaycan xalqıdır. Onların sevgisi, sədaqəti və bağlılığı adi bağlılıq növü deyil. Heç bir sui-qəsd və fitnə ilə bu insanlar bölünə bilməz ”.

İ. Rəisi vurğulayıb: "Bu insanlarla o insanlar arasında heç bir şəkildə ayrı-seçkilik edilə bilməz, onların İslama bağlılığı ayrılmaz bir məsələdir, çünki insanlar dini və dəyərləri bütün varlıqları ilə sevirlər. 

Beləliklə, demək istəyirəm ki, Azərbaycan xalqının mesajı birlik və vəhdət mesajıdır, düşmənlərə qarşı müqavimət mesajıdır".

Bundan sönra o, bölgənin problemləri və onların həlli yollarından danışıb. İran prezidenti xüsusilə Təbrizin traktor zavodundan söz açıb:

"Camaat deyir ki, alıcılıq qabiliyyətimiz yoxdur, mən traktor zavodundan xahiş edirəm ki, əlverişli şərait yaratsın, satılan məhsulun ödənişi sonra həyata keçirilsin".

İran prezidenti bölgə əhalisinin xahişi ilə yol infrastrukturuna 300 milyard tümən vəsait ayrıldığını deyib.

yenisabah.az