📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəisi ilə Putin telefonla danışdı: “Cənubi Qafqazda ölkələrin sərhədlərinin dəyişməsi...”

2021-11-16 15:34:00

Rəisi ilə Putin telefonla danışdı: “Cənubi Qafqazda ölkələrin sərhədlərinin dəyişməsi...”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına xəbər verir ki, İran Prezidenti İbrahim Rəisinin mətbuat xidməti onun rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışdığı barəsində məlumat verib.

Açıqlamada İran Pezidentinin Moskvanın Cənubi Qafqazda sülh və sabitliyin təminatı təşəbbüsünü alqışladığı bildirilir: “Tərəflər telefon danışığı zamanı regionun ölkələrinin sərhədlərində və geosiyasi vəziyyətində hər hansı bir dəyişikliyin yolverilməz olduğunu bildiriblər”.

Rəisinin mətbuat xidməti Putinin Rusiyanın regionda etimadın və əməkdaşlığın yüksəlməsi üçün “3+3” formatını işə salmağa çalışdığını və Moskvanın Tehranın ona qoşulmasına ümid bəslədiyini bildirdiyini qeyd edib.

 

Hürr Tərcüman