📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəisi İlham Əliyevə Ermənistandan şikayət edib - Tehran ermənilərdən üz döndərir

2022-10-19 11:33:00

Rəisi İlham Əliyevə Ermənistandan şikayət edib - Tehran ermənilərdən üz döndərir

Erməni media məkanı ənənəvi ampluasındadır. Dezinformasiya və saxta xəbərlər yaymaq üzərində ixtisaslaşan erməni dezo şəbəkəsi bu dəfə Livanın ermənipərəst "Kataeb" nəşrini özünə mötəbər mənbə göstərib. Və bu üzdəniraq nəşrə istinadən növbəti bir xəbər paylaşıb. Bəzi "mənbələrinə" istinadən xəbər verirlər ki, prezident İlham Əliyevlə İbrahim Rəisi arasında Astanada baş tutan görüş qızğın mübahisə, qarşılıqlı ittihamlar şəraitində keçib. Ardınca da Paşinyanın sarı mətbuatına xas olan formada "şokedici detallar"dan bəhs edilib.

Bu xəbəri ciddiliyə almamaq da olardı, lakin burada mühüm bir məqam var. Bəllidir ki, məqsədli şəkildə müəyyən maraqlı qüvvələr tərəfindən mütəmadi olaraq informasiya məkanına bu tip xəbərlər atılır. O zaman onlara cavab vermək məcburiyyətində qalınır. Əslində isə Livan ermənilərinin iddia etdiyi kimi Astanada Azərbaycan-İran danışıqlarında heç bir gərginlik və mübahisəli vəziyyət olmayıb.

Deməli, əldə edilən məlumata görə, Astanada keçirilən danışıqlarda İran tərəfi həqiqətən də regionda xarici qüvvələrin olmasından narahatlığını bildirib. Lakin bu, Ermənistan ərazisində avropalı müşahidəçilərin olması ilə əlaqədardır, çünki Ermənistanda Qərbin "sülhməramlı" kontingentinin yerləşdirilməsi perspektivi ilə onun sərhədləri yaxınlığında onlarla Qərb casusunun qanuni mövcudluğu Tehranın maraqlarına açıq şəkildə ziddir.