Rəisi: “İran, Rusiya və Çinin əməkdaşlığı ABŞ sanksiyalarını neytrallaşdıra bilər”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi İran, Rusiya və Çin dövlətlərinin münasibətlərinin inkişafının ABŞ-ın sanksiyalarını neytrallaşdırmağa kömək edəcəyini bildirib.
“Mehr” agentliyinin yazdığına görə, Rəisi ABŞ-ın sanksiyalarına məruz qalmış ölkələrin əməkdaşlığının bu məhdudiyyət tədbirlərini aşmağa kömək edəcəyini söyləyib.
BMT Baş Assambleyası zamanı Rəisi Çin mətbuatına müsahibəsində deyib: “İran İslam Respublikasının, Çinin, Rusiyanın və sanksiyaya məruz qala biləcək başqa ölkələrin münasibətləri amerikalıların bu məhdudiyyət tədbirlərinin neytrallaşdırılmasına böyük töfhə verəcəkdir... Ölkəmizin Çin, Rusiya və Şanxay Əməkdaşlıq təşklatının digər üzvləri ilə, İqqtisadi Əməkdaşlıq Təşkilatı qarşılıqlı əlaqəsi, birgə iş dünyada yeni güc mərkəzlərinin meydana çıxmasına kömək edə bilər”.
Hürr Tərcüman