📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəisi Kirmana getdi

2024-01-05 14:23:14

Rəisi Kirmana getdi

İran Prezidenti İbrahim Rəisi terror aktı törədilən Kirman şəhərinə səfər edib.

Hurriyyet.az xəbər verir ki, məlumatı İran mediası yayıb.

Bildirilib ki, İ.Rəisi şəhərin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşüb.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb./axar.az/