Rəisi Nikolla telefon söhbətində İsraillə Azərbaycana mesaj verdi? İran "sionist rejim"in bölgəyə nüfuzunun qarşısını almağa çağırıb...
İran hər fürsətdə Azərbaycanın İsraillə əlaqələrini vurğulayaraq rəsmi Bakıya sətiraltı mesaj vermək adətini artıq ənənə halına gətirib. Belə ki, rəsmi Tehran adəti üzrə "sionist rejim"in bölgəyə nüfuzunun qarşısını almağa çağırıb. İran prezidenti İbrahim Rəisi bildirib ki, sionist rejim region ölkələri ilə dost deyil, regionda onun təsirinin qarşısını almaq üçün həmin dövlətlərin hərəkətlərinə ehtiyatla yanaşmaq lazımdır.
O, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rəisi ilə telefon danışığı zamanı bildirib. Rəisi ifadə edib ki, sionist rejim region ölkələri ilə qətiyyən dost deyil və onun Fələstin xalqına qarşı zülmü tarixdə görünməmiş bir hadisədir.
O, həmçinin deyib: İran İslam Respublikası dərin əmindir ki, regional problemlər region ölkələri arasında əməkdaşlıq və qarşılıqlı hörmət, eyni zamanda ümumi maraqlar əsasında həll edilməlidir.
Rəisi İranın enerji və nəqliyyat sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəklədiyini qeyd edərək, əlavə edib ki, bu cür əməkdaşlıq təhlükəsizlik və sabitliyə kömək edir və regiona iqtisadi rifah gətirir.
P.S. Amma İrana xatırladaq ki, başqa ölkələrin isyasi istiqamətinə yön verməyə cəhd etməkdənsə dini əlində bayraq edib, rəsmi ideologiyası olan dini üsluba uyğun gəlməyən ritorikadan əl çəksə yaxşı olar. Burnunu digər ölkələrin daxili işlərinə soxmaqdansa öz hərəkətlərini korrektə etməsi İran üçün daha faydalı olar.
Ülviyyə, Hurriyyet.az