📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəisi Putinlə görüşdə Qafqazda geosiyasi dəyişikliyin yolverilməz olduğunu deyib – erməni mətbuatı

2022-09-15 23:51:00

Rəisi Putinlə görüşdə Qafqazda geosiyasi dəyişikliyin yolverilməz olduğunu deyib – erməni mətbuatı

Hurriyyet.az “Yerevan Today” saytına istinadla xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin gedişində Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı Cənubi Qafqazda istənilən geosiyasi dəyişikliklərin yolverilməz olduğunu bildirib. Bu barədə məlumatı İran Prezidentinin mətbuat xidməti yayıb.

Rəisi son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrdən danışaraq deyib: “Cənubi Qafqaz regionunda istənilən geosiyasi dəyişikliklər yolverilməzdir və regionda sabitliyi pozur”. “Yerevan Today” Rəisinin bu fikri söyləyərkən həm də NATO-nun ekspansiya siyasətini (red. – ?) nəzərdə tutduğunu yazıb.

Hürr Tərcüman