Rəisi Qarabağdakı vəziyyətlə bağlı Putinlə danışıb
2023-09-26 16:04:07
Hurriyyet.az xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə zəng edərək onunla Qarabağdakı vəziyyəti müzakirə edib. Putin Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti barəsində Rəisiyə məlumat verib. Həmkarlar İranın BRİKS təşkilatına qoşulması məsələsindən də danışıblar. Rəisi İranın təşkilata üzvlüyü məsələsində Rusiyanın dəstəyinə görə təşəkkürünü bildirib.
Hürr Tərcüman