📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rəisini aparan helikopterin QƏZA ANI" kimi yayılan VİDEO saxta çıxdı

2024-05-21 16:38:01

İran prezidenti Rəisi və digər dövlət rəsmilərinin öldüyü helikopterin qəzasının görüntüləri adı ilə yayılan video əslində saxtadır.

Hurriyyet.az xəbər verir ki, sosial mediada, Moize Telegram kanalında yayılan bu video əslində 2022-ci ilin iyul ayına aiddir.

Bu görüntülər Gürcüstanın Qudauri şəhərində sərhəd polisinin xilasedici helikopterinin qəzaya uğradığını anlara aiddir, Rəsinin helikopter qəzası ilə heç bir əlaqəsi yoxdur.

***

İran prezidenti Rəisinin olduğu helikopterin qəzaya uğramasının görüntüləri üzə çıxıb.

Hurriyyet.az xəbər verir ki, görüntülər teleqram kanallarında yayılıb.

İddia olunur ki, hadisənin görüntülərini ABŞ peyk vasitəsilə lentə alıb.

Həmin görüntüləri təqdim edirik:

publika.az