📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəisinin öldüyü gün İran rəsmisi Baqeri Kani gizli şəkildə Ər-Riyada gedib

2024-05-24 09:39:02

Rəisinin öldüyü gün İran rəsmisi Baqeri Kani gizli şəkildə Ər-Riyada gedib

İranın Xarici İşlər Nazirliyinin səlahiyyətlərini icra edən rəsmi şəxs prezidentin helikopterinin qəzaya uğradığı gün gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib.

Mayın 19-da prezident Rəisinin helikopterinin qəzaya uğradığı gün ölkənin XİN rəhbəri səlahiyyətlərini icra edən Baqeri Kani Omanın vasitəçiliyi ilə gizli şəkildə Ər-Riyada səfər edib. Bu barədə İsrail hərbi kəşfiyyatının məxfi ruporu “Intelli Times” məlumat yayıb. Həmin gün Amerikanın Yaxın Şərq işləri və milli təhlükəsizlik üzrə müşavirlərinin də ABŞ və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişini müzakirə etmək üçün Ər-Riyadda olduğu vurğulanır.

Ülviyyə, Hurriyyet.az