Rəisinin ölümü: Azərbaycandakı “Akınçı” PUA-ları… – VİDEO
2024-05-21 19:58:21
Azərbaycandakı “Akınçı” pilotsuz uçuş aparatı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub.
Hurriyyet.Az Referans.Az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin BAYKAR şirkətinin texniki direktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycandaki texniki personal buna hazır idi”, – şirkət rəhbərti deyib.
O qeyd edib ki, ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akınçı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub.