Rejissor Putindən üzr istədi: Həyatına təhlükə var
2021-12-17 14:29:00
Rejissor Aleksandr Sokurov Rusiya Prezidenti Vladimir Putinlə mübahisəyə görə üzr istəyib.
Hurriyyet.az xəbər verir ki, bu barədə o, Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevə göndərdiyi müraciətdə yazıb.
“Mənə Prezidentin mətbuat katibi Dmitri Peskovun bu davranışıma qəzəbli reaksiyası göstərildi. O haqlıdır - mən həvəskaram və görünür, belə hörmətli peşəkar mühitdə məsləhətə yer yoxdur”, - Sokurov məktubda qeyd edib.
Rejissor bildirib ki, dostları onu həyatını təhdid edən təhlükə barədə xəbərdar ediblər. Onun sözlərinə görə, öldürülməyəcəyinə yeganə təminat yalnız Putinin vəziyyətə müdaxiləsi ola bilər.