📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rekordu ilə tarixə düşdü - Video

2021-12-24 10:24:00

Rekordu ilə tarixə düşdü - Video

Britaniyalı müğənni Ed Şiranın “Shape of You” mahnısı tarixdə ilk dəfə “Spotify”da 3 milyard dəfə dinlənilib.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçının özü instaqram hesabında məlumat verib.

Rekord dekabrın 22-də qeydə alınıb. Şiran bu nəticəni “tamamilə ağlasığmaz” adlandırıb.

Qeyd edək ki, “Shape of You” Şiranın 2017-ci ildə işıq üzü görmüş “÷” (Divide) adlı üçüncü studiya albomuna daxildir.

Müğənninin rəsmi yutub kanalında mahnının klipi 5,5 milyarddan çox izlənilib.