📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rektor aftafa, sifon, şlanq alınması üçün 309 min manat dəyərində müqavilə imzalayacaq

2023-12-07 16:02:04

Rektor aftafa, sifon, şlanq alınması üçün 309 min manat dəyərində müqavilə imzalayacaq

Azərbaycan Texniki Universitetinin "Cari təmir işləri ilə bağlı mal-materialların satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

Hurriyyet.az xəbər verir ki, tenderin qalibi "MASTER-OFİS" MMC olub.

Tərəflər arasında 308.794,73 AZN-lik müqavilə imzalanacağı gözlənilir.

Tenderə əsasən universitet Duş aftafa, arko kran, Kran uzun (su qarışdırıcı), Radiator panel tipli, Elastik şlanq, sifon qarmoşka, Radiator ventili , və.s alınmalıdır.

Xatırladaq ki, AzTU-nin rektoru Vilayət Vəliyevdir.

32 gün.az