📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rektor özünü GÜLLƏLƏDİ

2022-10-22 22:25:00

Rektor özünü GÜLLƏLƏDİ

Ukraynada Boris Qrinçenko adına Kiyev universitetinin rektoru Viktor Oqnevyukun meyiti tapılıb.

Hurriyyet.az  xəbər verir ki, Kiyev polisinin mətbuat katibi İrina Pryanişnikova məlumatı təsdiqləyib. O bildirib ki, qohumları rektoru evində güllələnmiş vəziyyətdə aşkarlayıblar. Onu xilas

etməyə çalışsalar da, uğursuz olub. Qrinçenkonun özünü odlu silahla öldürdüyü məlum olub.

Hazırda faktla əlaqədar araşdırma aparılır.

"Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib... Biz əsas versiyalardan birini nəzərdən keçirərik - bu, intihardır. Ən azı hadisənin bütün halları bundan danışır", - polisdən jurnalistlərə bildirilib.

Həmin şəxsin 63 yaşında olduğu və genişmiqyaslı müharibənin başlaması ilə ərazi müdafiəsi sıralarına qoşulduğu qeyd edilir.

Rektorun ov tüfəngi ilə özünü sinəsindən vurduğu bildirilir.

 

\\Azmedia