Relsin üzərində uzandı, qatar üstündən keçdi
2024-09-12 10:09:11
Yevlaxda dəhşətli intihar hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, hadisə sentyabrın 11-i saat 21 radələrində qeydə alınıb.
Belə ki, rayon sakini Zakir Şakir oğlu Zəkəriyəyev Ağstafa-Bakı dəmiryolu xəttinin Yuxarı Qarxundan keçən hissəsində relsin üzərində uzanıb.
Bu zaman “FLIRT” markalı sürət qatarı onun üzərindən keçib. Z.Zəkəriyəyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.