📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Renat meydana çıxdı, "qol yağdı" - Rahil hanı?

2025-04-21 22:30:00

Renat meydana çıxdı,

Polşa çempionatında 29-cu turun oyunları keçirilir. 

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Radomyak”ın heyətində Ekstraklasada növbəti oyununu keçirib.

Sözügedən kollektiv "Puşa"nın qonağı olub. Nepolomitse şəhər stadionunda baş tutan qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

26 yaşlı hücumçu meydana 65-ci dəqiqədə - hesab 0:0 olarkən əvəzetmədən daxil olub və fərqlənə bilməyib. 

Renat Dadaşovun komanda yoldaşı, Azərbaycan millisinin digər üzvü Rahil Məmmədov matçın iştirak ərizəsində yer almayıb.

“Radomyak” hazırda 35 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alıb. \\Fanat.Az