📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Renatın qiyməti 2 dəfədən çox artdı, Emreli dəyər itirdi

2022-11-14 23:48:00

Renatın qiyməti 2 dəfədən çox artdı, Emreli dəyər itirdi

Azərbaycan millisinin iki üzvü - Renat Dadaşov və Mahir Emrelinin transfer qiymətləri “Transfermarkt” portalı tərəfindən yenilənib.

"Qrasshopper"in formasını geyinən Dadaşovun transfer dəyəri iki dəfədən çox artıb. O, hazırda 800 min avro ilə qiymətləndirilir. Daha əvvəl bu rəqəm 350 min avro idi.

“Dinamo”da (Zaqreb) çıxış edən Mahir Emrelinin isə Renatdan fərqli olaraq transfer qiyməti aşağı düşüb. Onun qiyməti 1, 5 milyon avrodan 1 milyon avroya düşüb. \\Offsideplus.az