📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rentgen və MRT-siz xəstənin daxili orqanlarını görən -MÖCÜZƏ HƏKİM -VİDEO

2022-07-06 19:12:00

Rentgen və MRT-siz xəstənin daxili orqanlarını görən -MÖCÜZƏ HƏKİM -VİDEO

Viktoriya Çabanenko Ukraynanın paytaxtı Kiyevdə həkim olaraq çalışır. O, Zaparojye Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsini fərqlənmə diplomu ilə bitirib, lakin o digər həmkarlarından fərqlənir

 

Belə ki, o, tibbi cihazlardan istifadə etmədən insanların daxili orqanlarındakı problemləri dəqiqliklə müəyyən edib, müalicəsini həyata keçirir.

 

Ona olan xüsusi marağın əsas səbəblərindən biri də odur ki, o, hətta tibbi müayinə aparatlarında görünməyən problemləri aşkar edərək müəyyənləşdirə bilir. Bu bacarığına görə Viktoriya Çabanenko dünyanın 100 unikal insanı siyahısına daxil edilib.

 

Hazırda əsasən Ukrayna və Dubayda fəaliyyət göstərən Çabanenko Azərbaycandan gələn xeyli insanların dərdinə də bu üsulla əlac tapıb. Viktoriya onu da qeyd edib ki, onun işi falçı və ekstrasenslərin fəaliyyəti ilə qarışdırıla bilməz, o ali savadlı həkimdir.

 

Həkim Çabanenko bildirib ki, o xəstəni canlı görməlidir və izləməlidir. Amma o xəstəni qan analizlərinə göndərir, çünki analizlərdəki dəyişiklikləri görmür. Amma xəstəni öz gözləri və bacarığı ilə müayinə edərək orqan, sümük və toxumalardakı pozulmaları ilkin diaqnoz olaraq görür.

 

Hurriyyet.az həmin həkim barədə Baku.tv-nin videomaterialını təqdim edir.