Repke: "Almaniyanın bəzi bölgələri yenidən Rusiyanın işğalı altında olmaq istəyir"
2024-06-10 13:24:11
Hurriyyet.az xəbər verir ki, alman jurnalist Yulian Repke Almaniyada keçirilən Avropa Parlamentinə seçkilərin nəticələri ilə bağlı narazılığını bildirərərkən Almaniyanın bəzi bölgələrinin yenidən Rusiyanın işğalı altında olmaq istədiyini iddia edib.
Jurnalist X şəbəkəsindəki səhifəsində yazıb: "Keçmişdə Rusiyanın işğalı altında olmuş Almaniya bölgələri yenidən Rusiya tərəfindən işğal edilmək istəyirlər. Seçicilərin 45,7%-i kremlpərəst, antiavropa partiyalarına səs veriblər. Həmin partiyalar NATO-dan çıxıb Rusiyanın rəhbərlik elədiyi təhlükəsizlik sisteminə qoşulmaq istəyirlər. 41,5% isə hökumətin və ana müxalifət partiyasının lehinə səs verib".
Hürr Tərcüman