📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəqibini rinqdən kənarda döyən Nurməhəmmədova 6 ay həbs cəzası verdilər

2026-11-14 12:51:32

Rəqibini rinqdən kənarda döyən Nurməhəmmədova 6 ay həbs cəzası verdilər

Rusiya PFL çempionu Usman Nurməhəmmədov Əbu-Dabidə Merab Dvalişvili ilə dlaşdığına altı ay həbs cəzasına və böyük məbləğdə cəriməyə məhkum edilib.

Hurriyyet.net xarici mediaya istinadla xəbər verir ki, UFC prezidenti Dana Uayt dava iştirakçılarını axmaq adlandırıb.

Bildirilir ki, Usman Nurməhəmmədov və Merab Dvalişvilinin dostlarının qatıldığı davaya görə Əbu-Dabidə məhkəmə prosesi keçirilib. Hökm BƏƏ-nin yerli qanunların pozulmasına qarşı sıfır tolerantlıq siyasətinə uyğun olaraq verilib.

"Altı nəfər altı ay həbs cəzasına məhkum edilib, hər birinə 300.000 dirhəm cərimə kəsilib. Onlar ictimai təhlükəsizliyi pozmaqda, insanları qorxutmaqda və həyatlarını təhlükəyə atmaqda günahkar biliniblər", - BƏƏ-nin “Barq” xəbər agentliyi bildirib.

Davanı telefonlar çəkən, sonra görüntüləri internetə yerləşdirən daha iki nəfər də eyni cəzanı alıb. Onlar şəxsi həyatın toxunulmazlığını pozmaqda günahkar biliniblər. Onların mobil telefonları müsadirə olunacaq və görüntülər silinəcək.

Dvalişvili və dostu Səba Lazişvili hər birinə 50.000 dirhəm cərimə tətbiq olunacaq və ölkədən deportasiya ediləcəklər.

Merab Dvalişvili otelin foyesində müsahibə verərkən Usman bir neçə nəfərin müşayiəti ilə arxadan yaxınlaşaraq ona şillə vurub və kütləvi dava baş verib. Daha sonra gürcü döyüşçüsü rəqiblərini qorxaq adlandıran video yayıb.

Hadisə qarışıq döyüş sənətləri dünyasında qızğın müzakirələrə səbəb olub. Əksər döyüşçülər Nurməhəmmədovu qınayıblar.

Lakin Merabın özünün də yayda Tflisdə keçirilən RAF turnirində keçirilən mətbuat konfransında Nurməhəmmədovlar sülaləsinin digər üzvü Umar haqqında kobud ifadələr işlətdiyi məlum olub.

Dvalişvilini dəstəkləyənlər arasında həmyerlisi, PSJ-nin forvardı Xviça Kvaratsxeliya da olub. Buna görə Həbib Nurməhəmmədov onun səhifəsini izləməyi dayandırıb.