📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı VACİB XƏBƏR

2023-03-03 17:43:00

Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı VACİB XƏBƏR

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib. 

Hurriyyet.az xəbər verir ki, istintaq orqanı tərəfindən göndərilən təqdimata Qaradağ Rayon Məhkəməsində baxılacaq. 

Qeyd edək ki, Rəşad Dağlı əvvəldən tanıdığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. 

Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. 

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib. (APA)