📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa ilə görüşdü

2026-02-12 16:57:38

Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, görüş zamanı Əbu-Dabi və Azərbaycan arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Bakı şəhərində həyata keçirilən nəqliyyatın optimallaşdırılması tədbirləri, yeni elektrikli avtobusların alınması, eləcə də mikromobillik və parklanma infrastrukturunun yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.