📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəşad Sadıqov "Range Rover"i ilə qəzaya düşdü - FOTO

2024-10-25 12:09:39

Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov xoşagəlməz hadisə ilə üzləşib.

Hurriyyet.az sportinfo.az-a istinadən xəbər verir ki, olay dünən gecə saatlarında, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində baş verib.

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Ayaks"la matçını (0:3) tribunadan izləyən mütəxəssis arenanın ikinci çıxışında qəza keçirib.

Onun "Range Rover" markalı avtomobili digər maşın tərəfindən vurulub. Şahidlərin verdiyi məlumata görə, Sadıqov hadisədən sonra özünü itirməyib, təmkinini qoruyub.

Məqaləyə dair fotomateriallar: