📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəşaddan “Qarabağ”ın futbolçusuna maraqlı cavab - Foto

2022-05-23 11:05:00

Rəşaddan “Qarabağ”ın futbolçusuna maraqlı cavab - Foto

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”dan sabiq komanda yoldaşı Abdulla Zubirin onu bürünc medal qazanması münasibətilə təbrikinə maraqlı cavab verib.

Hurriyyet.az xəbər verir ki, fransalı vinger Sadıqovu baş məşqçi kimi ilk medalı qazanması münasibətilə təbrik edib. 

O, instaqramda “sən bunu haqq etdin, mənim qardaşım. Sənin adına sevinirəm” deyə gənc çalışdırıcıya mesaj yazıb. 

Rəşad Sadıqov Zubirin təbrikinə “təşəkkür edirəm. Ümid edirəm ki, sən məni mayın 27-dəki kubok oyununun finalından sonra da təbrik edərsən” deyə cavab verib. 

Qeyd edək ki, mayın 27-də Azərbaycan kubokunun finalında məhz “Zirə” “Qarabağ”la üz-üzə gələcək.