“Rəşadət” ordenli şəhid
Masallı rayonunun Çaxırlı kəndində dünyaya göz açan Kənan Natiq oğlu Şahbazov 44 günlük İkinci Qarabağ müharibəsində doğma Azərbaycanın ərazi bütövlüyü uğrunda ağır döyüşlərdə ölümə meydan oxumaqla misilsiz qəhrəmanlıq örnəyi göstərdi. Vətən sevdalısı son nəfəsə qədər düşmənlə vuruşdu, ağır müharibə zamanı ona qan uddurdu. Və beləcə döyüş meydanında Kənanın şəhidliyi onu ölməzliyə qovuşdurdu. Milyonların ürəyinə köçən Kənan Şahbazov həm də dövlət tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb. Orden şəhidin anasına təqdim olundu.
Mərasimdə şəhidin şərəfli həyat və döyüş yolu, torpağa, Vətənə olan hədsiz sevgisindən danışdılar. Hamı bir ağızdan bildirdi ki, Kənan müqəddəs bir yolda şəhid olub, onun adı heç vaxt şirin dillərdən düşməz. Şəhidin ailə üzvləri göstərilən diqqət görə minnətdarlıq etdilər.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü