📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəşid Behbudov küçəsində ölümlə nəticələnən avtoqəza oldu

2023-01-09 20:14:00

Rəşid Behbudov küçəsində ölümlə nəticələnən avtoqəza oldu

Yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Hurriyyet.Az-a bildirilib ki, sürücü Sabina Hacıyeva idarə etdiyi “Hyundai” markalı avtomobillə 50-60 yaşlı qadını vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.