📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RƏSMƏN AÇIQLANDI: Rusiyanın qorxduğu silahlar Ukrayna ordusuna verildi

2022-06-02 15:14:00

RƏSMƏN AÇIQLANDI: Rusiyanın qorxduğu silahlar Ukrayna ordusuna verildi

Böyük Britaniya M270 reaktiv yaylım atəş sistemlərini Ukraynaya təhvil verib.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, M270 silahları 80 kilometrə qədər məsafədəki hədəfləri sıradan çıxara bilir. Açıqlamada bildirilir ki, Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək. Nazirlik bəyan edib ki, Britaniyanın bu həmləsi ABŞ-ın Ukraynanı reaktiv yaylım atəşi sistemləri ilə təmin etməsi barədə qərarı ilə əlaqəlidir.

Qeyd edək ki, ABŞ da Ukraynaya oxşar silahlar verilməsi barədə qərar qəbul edib. Rusiya belə silahların Ukraynaya verilməməsi barədə xəbərdarlıq etmişdi.

Metbuat.az