📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RƏSMİ: Azərbaycan Kuboku finalının vaxtı dəyişirdirildi

2025-04-22 21:18:48

RƏSMİ: Azərbaycan Kuboku finalının vaxtı dəyişirdirildi

Futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın final matçının vaxtı dəyişdirilib.

Həlledici qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 1-də deyil, mayın 31-də keçiriləcək.

Buna səbəb Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının final matçının iyunun 1-də düşməsidir.

Minifutbol Federasiyasının rəhbəliyi bununla bağlı PFL-ə müraciət edərək, Azərbaycan Kuboku finalının vaxtının dəyşdirilməsini xahiş edib. Öz növbəsində müraciəti müsbət cavablayan PFL qarşılaşmanın 1 gün tez oynanılması barədə qərar verib.

Qeyd edək ki, final görüşü Mehdii Hüseynzadə Sumqayıt şəhər stadionunda saat 19-da başlanacaq. \\Ofsideplus.az