📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi Bakı İrana başsağlığı verdi

2024-05-20 11:15:57

Rəsmi Bakı İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir:

"Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Xarici işlər naziri Ceyhun Bayramovun paylaşımında isə deyilir:

“İran Prezidentinin, xarici işlər naziri, əziz dostum Hüseyn Əmir-Abdullahianın və digər rəsmi şəxslərin vəfatı xəbəri məni dərindən sarsıtdı. Qardaş İran xalqına, bu faciəvi qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.