Rəsmi Bakıdan İrəvana xəbərdarlıq: Bu yolverilməzdir!
2023-07-29 09:38:00
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistana xəbərdarlıq edib. Hurriyet.az xəbər verir ki, bu barədə XİN-in bölgədəki son vəziyyətə dair bəyanatında bildirilib.
Qeyd olunub ki, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radio-elektron müdaxilələr dözülməzdir və yolverilməzdir:
"Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür"./Axar.az/