📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi Bakıdan Tbilisiyə açıq mesaj: "Gürcüstanın ərazi bütövlüyü..."

2026-08-08 12:53:04

Rəsmi Bakıdan Tbilisiyə açıq mesaj:

Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Vurğulanıb ki, Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə və mehriban qonşuluq əlaqələrinə böyük önəm verir:

"Ölkəmiz iki dövlət arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək".