Rəsmi İrəvan: “Biz hazırıq”
2021-12-23 15:05:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Ermənistan Ankarada keçiriləcək 3+3 formatındakı görüşdə iştirak eləməyə hazır olduqlarını bildirib.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində Cənubi Qafqaz ilə bağlı regional əməkdaşlıq platforması olan 3+3 formatındakı danışıqların Türkiyə və Azərbaycanda keçiriləcəyi təqdirdə iştirak etməyə və bu ölkələrin təmsilçilərini də İrəvanda qəbul eləməyə hazır olduqlarını bildirib.
Hürr Tərcüman